ABŞ-nin Gürcüstandakı səfiri Kelli Deqnan Gürcüstanda inqilabi hakimiyyət dəyişikliyi layihəsinin müəllifidir.

"Unikal" xəbər verir ki, bunu Gürcüstan parlamentinin deputatı Dmitri Xundadze deyib.

Deputatın partiyası daha əvvəl bəyanat yayaraq ABŞ-nin Gürcüstandakı səfirinin ölkədəki liberal-faşist təşkilatlarına rəğbət bəslədiyini bildirib: "Qeyri-hökumət təşkilatları açıq şəkildə deyirlər ki, hakimiyyəti seçki yolu ilə dəyişmək mümkün deyil və bu məqsəyə inqilabi yolla nail olmaq lazımdır. Hesab edirəm ki, iştirak artıq açıq şəkildə qeydə alınıb. ABŞ-nin səfiri bu layihənin müəllifi kimi təqdim olunur".

Ağarza Elçinoğlu