Xüsusi hərbi əməliyyatda (SVO) iştirak etmək üçün yeni könüllülərə ehtiyac yoxdur. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib. 

O, Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı qeyd edib ki, Rusiyada orta hesabla gündə 1336 nəfər müqavilə bağlayır: "Birbaşa müqavilələr əsasında 114 min nəfər Silahlı Qüvvələrə cəlb olunub, 50 mindən çox könüllü var".

Ağarza Elçinoğlu