Mark Zukerberq və Elon Mask bir-birləri ilə qaydasız döyüşə hazır olduqlarını təsdiqləyiblər.

"Unikal" xəbər verir ki, Mask  Zukerberqin "Twitter"də rəqiblərin texnologiyasını kopyalamaq strategiyasını ələ salıb. Daha sonra "Tesla" və "SpaceX" rəhbəri rəqibi ilə rinqdə duelə hazır olduğunu yazıb. 

Bir müddət sonra Zukerberq "İnstagram"da Masın yazısını "mənə məkan göndər" başlığı ilə paylaşıb. 

Mask gülərək döyüşə hazır olduğunu bildirib və bunu UFC qarışıq döyüş sənətləri liqasına məxsus olan Las-Veqas səkkizbucağında etməyi təklif edib.

Meta rəsmisi Zukerberqin mümkün döyüşlə bağlı ciddi olduğunu təsdiqləyib.

Ağarza Elçinoğlu