Avropa İttifaqı (Aİ) Ukraynaya növbəti maliyyə yardımı göndərib.

"Unikal" xəbər verir ki, Avropa Komissiyasının saytında dərc edilən məlumata görə, yardımın həcmi 1,5 milyard avro təşkil edir.

Məlumatda həmçinin o da qeyd olunub ki, maliyyə yardımı Kiyevə 2023-cü ildə nəzərdə tutulmuş 18 milyard avroluq proqram çərçivəsində verilir.