"Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalana bilər".

"Unikal" xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli bildirib. 

"Böyük Britaniya Cənubi Qafqazda rifahı, sülhü və təhlükəsizliyi dəstəkləyir. Tarixi sülh sazişi (Bakı və İrəvan arasında - red.) imzalana bilər", - Kleverli tvitində yazıb.

O, həmçinin Ukraynaya humanitar dəstəyə görə azərbaycanlı həmkarı Ceyhun Bayramova təşəkkür edib.

Ağarza Elçinoğlu