ABŞ-nin Florida ştatının Brovard şəhərində ən təhlükəli növlərdən biri kimi tanınan invaziv nəhəng Afrika ilbizləri görünüb. 

"Unikal" xarici KİV-ə istinadla xəbər verir ki, hadisədən sonra ştatın bəzi bölgələrində karantin rejimi elan olunub. 

Karantin nəhəng Afrika ilbizinin, eləcə də torpaq, kompost və bağ tullantıları olan bitkilərin FDACS-nin icazəsi olmadan daşınmasını qadağan edir. Karantin zonasında iki müalicə mərkəzi yaradılıb. İlbizlərin yaydığı infeksiya Florida kənd təsərrüfatına və təbii ərazilərə zərər ver bilər. Səlahiyyətlilər qeyd edib ki, ilbizlər insan sağlamlığı üçün təhlükə yaradır.

Nəhəng Afrika ilbizləri ən azı 500 müxtəlif bitki növü ilə qidalanır və gips, plastik təkrar emalı qutuları və hətta lövhələri parçalaya bilir.

Ağarza Elçinoğlu