Belarus Silahlı Qüvvələrinə məxsus Mi-24 helikopteri sərt eniş edib.

"Unikal" xəbər verir ki, bu barədə respublikanın Müdafiə Nazirliyi açıqlayıb. 

"Brest vilayətinin Baranoviç rayonunda baş verən qəza nəticəsində ekipaj üzvləri xəsarət alıb. Hadisənin səbəbləri komissiya tərəfindən müəyyənləşdiriləcək", - deyə məlumatda qeyd olunub. 

Hadisə yerindən yayımlanan görüntülərdə helikopterin yararsız hala düşdüyü görünür. Helikopterin Rusiya aviasiyasının balansında olduğu açıqlanıb. 

Ağarza Elçinoğlu