Konqresin keçmiş üzvü Uill Hurd 2024-cü ilin payızında keçiriləcək Respublikaçılar Partiyasından prezident seçkilərində iştirak etmək qərarını açıqlayıb.

"Unikal" xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.

Agentliyin məlumatına görə, Hurd Konqresdə biznes tərəfdarı və praqmatik siyasətçi kimi şöhrət qazanıb, eləcə də ikipartiyalı konsensus əldə etməyə hazırdır.

Bundan əvvəl aktyor və siyasətçi Arnold Şvartsenegger ABŞ prezidentliyinə namizədliyini irəli sürmək istədiyini bildirmişdi .

Hazırkı prezident Co Bayden də 2024-cü ildə ABŞ prezidentliyinə namizəd olmaq niyyətini açıqlayıb . O, bəyan edib ki, “hər nəslin demokratiya üçün ayağa qalxması lazım olan anları olur”.  O, yenidən seçilərsə, 82 yaşında ABŞ prezidenti olacaq - bununla belə, o, artıq ən yaşlı Amerika lideridir.