Saakaşvilinin sağalması və siyasətə qayıtması Gürcüstana qarşı dezinformasiya kampaniyasının nə qədər kütləvi olduğunu nümayiş etdirir. "Unikal" xəbər verir ki, bu barədə ölkə parlamentinin spikeri Şalva Papuaşvili məlumat verib.

“Bu son addım Gürcüstanın daxilində və xaricində hökumətin Saakaşviliyə qarşı pis rəftarına dair həyəcan təbili çalan siyasətçiləri utandırıb. Gürcüstan hökuməti bütün ittihamları vaxtında dəf edib”, – parlamentin spikeri qeyd edib.

Xatırladaq ki, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili siyasətə qayıdışını bu yaxınlarda açıqlamışdı.