Cənubi Koreyada ana iki yeni doğulmuş körpəsini boğaraq öldürüb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, C.Koreya polisi ayrı-ayrı vaxtlarda övladlarını qətlə yetirən qadının həbsinə order verib. 

Hüquq-mühaizə orqanları tərəfindən saxlanılan 30 yaşlı qadın 12, 10 və 8 yaşlı digər üç uşağına baxarkən maddi çətinliklərlə üzləşdiyi üçün körpələri öldürdüyünü etiraf edib. Belə ki, o, 2018 və  2019-cu illərdə dünyaya gətirdiyi övladlarını bir günlük olarkən boğub. Dəhşətlisi budur ki,  qadın körpələri öldürdükdən sonra soyuducuya qoyub. 

Polis  evə  baxış keçirib. Soyuducudan dondurulmuş iki körpənin meyiti çıxıb.  Qadının həyat yoldaşı polisə ifadə verib.  Kişinin sözlərinə görə,  xanımı ona iki uşağını abort etdiyini  deyib. Buna görə də kişi qətllərdən xəbərsiz olub. 

Seymur Əli