Ukraynanın Belarusdakı səfiri İqor Kizim istefaya göndərilib.

"Unikal" xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski fərman imzalayıb. 

Ukraynanın Belarusa yeni səfirinin təyinatı barədə hələlik məlumat verilməyib.

Qeyd edək ki, cari ilin aprel ayının 18-də Lukaşenkonun qondarma liderlə görüşündən sonra, səfir Kiyevə məsləhətləşmələrə çağırılıb. O, bundan sonra Minskə qayıtmayıb.

Kizim 2017-ci il fevralın 20-də Ukraynanın Belarusdakı səfiri təyin edilmişdi. 

Ağarza Elçinoğlu