Türkiyə Silahlı Qüvvələrinin hərbçisi Özcan Kaya şəhid olub.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, o, 8 gün əvvəl İraqın şimalında keçirilən əməliyyat zamanı yaralanıbmış. 

Qeyd edək ki, ötən gün İraqın şimalında həyata keçirilən Pəncə-Kilid əməliyyatı bölgəsində yaralanan Türkiyə Silahlı Qüvvələrinin çavuşu Alpay Aras da şəhid olub.