Türkiyənin Ordu şəhərində bir qrup vətəndaş uzun sürən yağışlar səbəbilə günəş duası ediblər. 

"Unikal" xəbər verir ki, şəhər imamının da iştirak etdiyi mərasimdə, insanlar əkin sahələrinin məhv olmasının qarşını almaq üçün dua oxuyublar. 

Vətəndaşlar buludların çəkilib günəşin çıxması üçün bu addımı atıb. Onlar bildirib ki, əgər gün çıxmasa, ən çox gəlir əldə etdikləri fındıq məhsulları çürüyəcək. 

 Ağarza Elçinoğlu