Cənubi Afrika Respublikasında (CAR) yerləşən mədənlərin birində partlayış baş verib.

"Unikal" xəbər verir ki, istifadə olunmayan şaxtada metan qazı partlayıb. Partlayış nəticəsində ən azı 31 nəfər həlak olub. Onların Lesoto vətəndaşı olduğu bildirilir.

1990-cı illərdə fəaliyyətini dayandıran şaxtanın ventilyasiyasında metan qazının həddindən artıq olduğu və bunun partlayışla nəticələndiyi bildirilir. Ölən şəxslərin şaxtaya necə gəldiyi məlum deyil.