Türkiyənin Muğla bölgəsinin Marmaris rayonunda meşə yanğınının bir cəsədin yandırılması nəticəsində baş verdiyi müəyyən edilib.

"Unikal" xəbər verir ki, Muğlanın Marmaris rayonunda meşə yanğınını idarə etmək üçün havadan və qurudan müdaxilələr davam edərkən , yanğın bölgəsində bir kişi cəsədi tapılıb.

Yanğının öldürülən şəxsin meşəyə atılmasından sonra şübhəli və ya şübhəlilərin cəsədi yandırması nəticəsində başladığı müəyyən edilib.

Hadisə ilə bağlı Muğla və Marmaris Respublika Prokurorluğu tərəfindən genişmiqyaslı istintaq başladılıb.