"Boydak Holding"in ortaqlarından biri olan, iş adamı Mustafa Boydak İstanbulda saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb. 

Bundan əvvəl 2016-cı ildə Mustafa Boydak FETÖ üzvü olduğu üçün həbs edilib.  Daha sonra isə o şərti olaraq azadlığa buraxılıb. Yenidən FETÖ-ya üzv olmaqda ittiham olunan Boydak Kayseri Ağır Cəza İdarəsinin qərarı ilə axtarışa verilib.

Haqqında çıxarılan qərara görə qaçan Mustafa Boydak ünvanı müəyyən edildikdən sonra Ataşehir Təhlükəsizlik Büro polisləri tərəfindən saxlanılıb. O, gətirildiyi məhkəmənin hökmü ilə tutularaq həbsxanaya təhvil verilib.

Gülayə Mecid