Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiyada silahlı qiyam cəhdini şərh edib.

"Unikal" xəbər verir ki, o,  bu barədə "Telegram"  kanalında məlumat yayıb. 

Kadırov Rusiyada baş verənləri hərbi qiyam və iyrənc xəyanət adlandırıb.

""Vaqner"in bu cür hərəkətlərinə heç bir haqq qazandırmaq mümkün deyil", - o ifadə edib. 

Kadırov Rostovdakı vəziyyətlə bağlı bildirib ki, Müdafiə Nazirliyi və “Rosqvardiya”nın Çeçenistan Respublikasındakı döyüşçüləri artıq gərginlik zonalarına yola düşüblər.