Vaqnerin silahlı üsyanına qarşı Rusiya prezidenti Vladimir Putini dəstəkləyən Çeçenistan lideri Ramazan Kadırovun göndərdiyi qoşunlar qiyamın mərkəzi olan Rostova çatıb.

"Unikal" xəbər verir ki, Rusiya Çeçenistan Respublikasının rəhbəri Ramazan Kadırov Vaqner üsyanına qarşı Rusiya prezidenti Vladimir Putinə dəstəyini açıqladıqdan sonra hərəkətə keçib.

Vaqnerin lideri Yevgeni Priqojini vətənə xəyanətdə ittiham edən Kadırov çeçen qoşunlarını Vaqner döyüşçülərinə qarşı üsyanın mərkəzi olan Rostova göndərib. Vaqnerin nəzarəti altında Rostova hərəkət edən çoxlu sayda çeçen qoşunu axşama doğru bölgəyə daxil olub. Çeçen qoşunları zirehli texnika ilə Rostova çatarkən, Vaqner döyüşçüləri Rostovun kritik nöqtələrində gözləməyə davam edir. Rostov sakinləri mümkün  münaqişədən əvvəl şəhəri tərk edib.