Moskva şəhərinin bir sıra girişlərində təhlükəsizlik tədbirləri gücləndirilib.

"Unikal" xəbər verir ki, Yasenevo yaxınlığındakı Moskva Dairəvi yolundan çıxışda qumbaraatan və zirehli transportyorların olduğu nəzarət-buraxılış məntəqəsi qurulub.

Qeyd edək ki, Vaqner Özəl Hərbi Şirkətinin rəhbəri Yevgeni Priqojin ölkədə hərbi qiyam qaldıraraq Moskva istiqamətində hərəkət etdiyini açıqlayıb. Hazırda Priqojinin 25 minlik ordu ilə Moskvadan 2 saatlıq məsafədə, Lipetsk vilayətinin girişində olduğu bildirilir.