Rostov-na-Donu mərkəzində, "Vaqner PMC" döyüşçüləri tərəfindən əsir götürülən Cənub Hərbi Dairəsinin qərargahının yaxınlığında atışma başlayıb.

"Unikal" xəbər verir ki, bu barədə Lenty.ru məlumat yayıb.

Bildirilir ki, atəş səsləri eşidilir, insanlar qərargahdan qaçır, daha sonra hadisələrin inkişafını müşahidə etmək üçün geri qayıdırlar. Hadisə yerində olan şahidlərin ən azı beş atəş səsi eşitdiyi bildirilir.