ABŞ prezidenti Co Bayden Avropa liderləri ilə Rusiyadakı vəziyyəti müzakirə edib.

"Unikal" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, o, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts və Böyük Britaniyanın baş naziri Rişi Sunak ilə telefonla danışıb.

“Liderlər Rusiyadakı vəziyyəti müzakirə ediblər. Onlar həmçinin Ukraynaya sarsılmaz dəstəklərini bir daha təsdiq ediblər”, - Ağ Evin açıqlamasında deyilir.

Qeyd edək ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. "Vaqner" döyüşçüləri gün ərzində Rostov və Voronej şəhərlərini, eləcə də Lipetsk vilayətini ələ keçirib.