Cənubi Osetiya Gürcüstanla sərhədin üç gün müddətinə bağlandığını elan edib.

"Unikal" xəbər verir ki, bu, qonşu respublikada yaranmış ağır siyasi vəziyyətə görə ediləcək.

Osetiya Təhlükəsizlik Şurasında deyildiyi kimi, bu gün saat 20:00-dan iyunun 27-si səhər saat 09:00-a qədər Razdaxan və Pereu keçid məntəqələri bağlanacaq.

Bundan əvvəl mətbuatda Gürcüstan prezidentinin iqamətgahı yaxınlığında dövlət başçısının istefası tələbi ilə aksiya keçirildiyi barədə məlumat yayılmışdı.