Ukrayna Silahlı Qüvvələri Rusiyadakı daxili siyasi vəziyyətdən mütləq istifadə edəcək.

"Unikal" xəbər verir ki, bunu Ukrayna ordusunun şərq qrupunun nümayəndəsi Sergey Çerevatı "The Independent" qəzetinə müsahibəsində deyib.

Çerevatinin sözlərinə görə, Ukrayna çoxdan gözləyirdi ki, “Rusiyanın muzdlulardan asılılığı əks effekt verəcək”. O qeyd edib, Kiyev indi Rusiyada baş verənlərə oxşar hadisələri çoxdan proqnozlaşdırıb.

“Biz, şübhəsiz ki, düşmənin çaşqınlığından istifadə edəcəyik”, - deyə Çerevatı əlavə edib.

Ukrayna müdafiə nazirinin müşaviri Yuri Sak isə Silahlı Qüvvələrin hələ də cəbhə xəttində cəmləşdiyini vurğulayıb. “Hər an və hər fürsətdən maksimum yararlanırıq. Bu hal istisna deyil”, - deyə o bildirib.

Qeyd edək ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. "Vaqner" döyüşçüləri gün ərzində Rostov və Voronej şəhərlərini, eləcə də Lipetsk vilayətini ələ keçirib. Daha sonra Priqojin qan tökülməsinin qarşısını almaq üçün "Vaqner"in geri çəkiləcəyini bildirib.