Telegram-da böyük fasilə yaranıb.

"Unikal" xəbər verir ki, bunu Downdetector xidmətinin məlumatlarında qeyd olunub. 

Məlumata görə, istifadəçilərin 56%-i proqramın işləməsindən şikayətlənib, 28%-i xidmətə qoşulmaqda çətinlik çəkdiyini, daha 16%-i messencer saytına daxil olmaqda çətinlik çəkdiyini bildirib.

Messengerin işində fasilələr 10-15 dəqiqə davam edib. Xüsusən də kanallar istifadəçilər üçün yenilənməyib, mesajların çatdırılmasında da problemlər yaranıb.

Telegram-ın işində nasazlıqlar iyunun 24-də günortadan sonra Moskva və Sankt-Peterburqda, Volqoqrad, Voronej, Çelyabinsk, Nijni Novqorod vilayətlərində, həmçinin Perm diyarında müşahidə olunub.