ABŞ-nin Montana ştatında körpü uçub. 

"Unikal" "Associated Press"ə istinadən xəbər verir ki, hadisə nəticəsində təhlükəli maddələri daşıyan qatarın 8 vaqonu çaya düşüb. 

Yerli hakimiyyət orqanları vaqonlarda olan maddələrin yaxınlıqdakı kənd təsərrüfatı sahəsinə ziyan vurmasının qarşısını almaq üçün çayın aşağı axınını bağlayıb. 

Montana dəmir yollarının sözçüsü qatar heyətinin xəsarət almadığını bildirib.

Ağarza Elçinoğlu