"Vaqner"in qısa müddətli üsyanı Rusiyada panika yaratsa da, Rusiyanın müdafiə naziri Sergey Şoyqunun yoxa çıxması yeni iddiaları ortaya çıxardıb. 

"Unikal" xəbər verir ki, Belarusun vasitəçiliyinin sonunda “Vaqner”in lideri Yevgeni Priqojin muzdlu dəstəni geri çəkib və  bu proses boyu səssiz qalan Rusiyanın müdafiə naziri Sergey Şoyqu isə ortada görünməyib. 

 Dünən axşam mövzu ilə bağlı açıqlama verən və müdafiə nazirliyində hər hansı bir işdən çıxarılma ilə bağlı sualları cavablandıran Kremlin sözçüsü Dmitri Peskov, "Bu məsələlər Putinin səlahiyyətindədir" şərhini verib.

Uzun illər müdafiə naziri vəzifəsində çalışmış 68 yaşlı Şoyqu Putinin yaxın kadrları arasında Sovet İttifaqı dövründə kəşfiyyat bölməsində xidmət etməyən biri kimi seçilir.  Britaniyanın "Sunday Times" qəzeti Şoyqunun qovulmuş ola biləcəyini şərh edib. 

Nəşrin məlumatına görə,  Şoyqu günlərdir ictimaiyyət qarşısına çıxmır və  o yəqin ki, bunkerində gizlənib:

“Əgər qovulma iddiaları doğrudursa, bu, "Vaqner"in lideri Priqojini sevindirər. O, son həftələr Şoyqunu çox tənqid edib". 

 Gülayə Mecid