İslam Respublikasının dağıdıcı fəaliyyəti Yaxın Şərq, Asiya, Avropa və Amerikaya yayılıb.

"Unikal" xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Eli Koen "Teleqraf" qəzetinə müsahibəsində bildirib. 

O, İran rejiminin dünyanı daha təhlükəli bir yerə çevirdiyini və sistemli şəkildə insan haqlarını pozduğunu yazıb. O, beynəlxalq ictimaiyyətin biganəliyinə son qoymağın və İslam Respublikasına qarşı addım atmağın vaxtının yetişdiyini vurğulayıb: "İranın ekstremist rejiminə qarşı beynəlxalq güclü mövqe, iqtisadi və siyasi təzyiqlər, eləcə də bu rejimə qarşı etibarlı hərbi təhdid İran hökumətinin xaricdəki siyasətini, eləcə də ölkənin daxilində öz vətəndaşlarına münasibətdə dəyişə bilər".

O vurğulayıb ki, İsrail heç vaxt İranın terrorçu rejiminin nüvə silahı əldə etməsinə imkan verməyəcək və bu yolda bütün mümkün vasitələrdən istifadə edəcək: "Biz indiyədək sübut etmişik ki, İranın ən gizli sirlərini belə əldə edə bilərik. Ayətullah rejiminə təklif edirəm ki, imkanlarımızı sınaqdan keçirməsin". 

Ağarza Elçinoğlu