Almaniya Ukraynaya daha 45 Gepard zenit silahı təhvil verməyi planlaşdırır.

"Unikal" xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin Ukrayna üzrə Situasiya Mərkəzinin rəhbəri briqada generalı Kristian Freydinq "Welt" nəşrinə müsahibəsində bildirib.

Məlumata görə, Almaniya artıq səmanı qorumaq üçün Ukraynaya 34 Gepard zenit silahı verib: "Yaxın vaxtlarda daha 15 qurğu veriləcək. Bundan əlavə, biz ilin sonuna qədər ABŞ ilə əməkdaşlıq çərçivəsində daha 30-a qədər Gepard qurğusu təhvil vermək istəyirik".

Ağarza Elçinoğlu