Finlandiya müdafiə xərclərini son 60 ilin ən yüksək səviyyəsinə yüksəldib. 

"Unikal" xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu açıqlayıb. 

2022-ci ildə Finlandiya NATO-ya üzv olmaq üçün müraciət edib, 2023-cü ilin aprelində isə alyansa qoşulub. Bu baxımdan hakimiyyət müdafiə büdcəsini fəal şəkildə artırmağa başladı. Məlum olub ki, müdafiə xərcləri keçən illə müqayisədə 36 faiz artaraq 4,8 milyard dollara çatıb.

Ağarza Elçinoğlu