Ukrayna qiyam cəhdindən sonra Belarusa gedən Yevgeni Priqojinin başçılıq etdiyi "Vaqner"çilərin Kiyevə mümkün hücumundan ehtiyat etməlidir.

"Unikal" "Sky News"a istinadən xəbər verir ki, bunu Böyük Britaniya Baş Qərargahının keçmiş rəhbəri, general Riçard Dunnat deyib. 

"Priqojinin Belarusa getməsi müəyyən narahatlıq doğurur", - Britaniya Ordusu Baş Qərargahının keçmiş rəhbəri bildirib.

Onun sözlərinə görə, Ukrayna liderləri Priqojinin Kiyevə Belarusdan mümkün hücumundan qorunmalıdırlar.

Gülayə Mecid