Rusiyanın Yekaterinburq vilayətindəki Ural Hüquq İnstitutunun 40-a yaxın kursantı zəhərlənib. 

"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə Sverdlovsk vilayətinin Səhiyyə Nazirliyi açıqlayıb. 

Zəhərlənən 36 nəfər xəstəxanaya yerləşdirilib. Kursantların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Rayon prokurorluğundan verilən məlumata görə, institutun kursantlarının bağırsaq infeksiyası əlamətləri ilə bağlı tibbi yardımla bağlı müraciəti əsasında şöbə tərəfindən yoxlama təşkil edilib.

Ağarza Elçinoğlu