Türkiyənin Van vilayətində toyda toplanılan pul hər kəsin diqqətini çəkib. 

"Unikal" xəbər verir  ki,  5 minə yaxın insanın iştirak etdiyi toyda bəyə 6 milyon lirə, gəlinə isə təxminən 4 kiloqram qızıl verilib. 

Belə  ki, ənənəyə əsasən toydan sonra yeni evlənən cütlüyə hədiyyə vermə mərasimi təşkil olunub. 5 saat davam edən mərasimdə toplanılan pullar çamadanlarla daşınılıb və 10 nəfər tərəfindən sayılıb. 

Gülayə Mecid