Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) Mukaçevo əks-kəşfiyyat şöbəsinin rəisi Andrey Panarin tabeliyində olan şəxslərlə birlikdə SBU akademiyasının generalı və keçmiş rektoru Viktor Mikulini döyüb. 

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb. 

Hadisənin iyunun 23-də axşam saatlarında "Three Aces" restoranında baş verdiyi deyilir. 

"Mikulin SBU əks-kəşfiyyatının nümayəndələrinə yüksək səslə danışdıqlarını deyib. Onlar sərxoş halda Mikulini döyməyə başlayıblar", - deyə məlumatda qeyd olunub. 

Bildirilir ki, bundan sonra bir qrup əks-kəşfiyyat əməkdaşı Mikulini meşəyə aparıb, orada onu yenidən döyüblər, dişlərini sındıraraq "iPhone" 14 mobil telefonunu əlindən alıblar.

Faktla bağlı xuliqanlıq maddəsi ilə cinayət işi açılıb.

Ağarza Elçinoğlu