ABŞ Rusiya Prezidenti Vladimir Putin üçün potensial təhlükənin aradan qalxmayacağını düşünür.

"Unikal" xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken CBS telekanalına müsahibəsində deyib.

O qeyd edib ki, bu, inkişaf edən bir prosesdir və son pərdə hələ olmayıb: "Prosesi yaxından izləyirik".

Blinken onu da bildirib ki, 16 ay əvvəl Rusiya ordusu Kiyevin astanasında idi və şəhəri bir neçə günə alacaqlarını və Ukraynanı müstəqil ölkə kimi xəritədən siləcəklərini düşünürdülər.

"Ancaq bu həftəsonu onlar Rusiyanın paytaxtı Moskvanı özlərinin hazırladığı muzdlu əsgərlərdən müdafiə etməli olublar", - deyə o vurğulayıb.