“2020-ci ildə baş verən 44 günlük müharibə zamanı hərbçilər çevriliş etmək istəyirdi”.

"Unikal" xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan müharibənin araşdırılması üzrə komissiyasının iclasında deyib.

O bildirib ki, Ermənistan ordusunun yüksək rütbəli hərbçilərinin 44 günlük müharibə zamanı fəaliyyətinin zəifliyi ölkədə hakimiyyəti devirmək məqsədi daşıyıb.