Belarus Prezidenti Aleksandr Lukaşenko ordunun tam döyüş vəziyyətinə gətirilməsi barədə əmr verib.

"Unikal" xəbər verir ki, o, bu barədə hərbçilərlə görüşündə deyib.

O qeyd edib ki, Rusiyada baş verən hadisələr fonunda ordunun tam döyüş hazırlığına gətirilməsi barədə göstəriş verib.

"Mən ordunun tam döyüş hazırlığına gətirilməsi üçün bütün əmrləri verdim" -deyə Belarus lideri bildirib.