"NATO-nun Vilnüs sammitində Ukrayna alyansdakı gələcəyi ilə bağlı dəqiq cavab almalıdır".

"Unikal" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Əgər alyans qüdrətli olmaq istəyirsə və öz mövcudluğunu Ukraynasız görmürsə, biz də NATO-da gələcəyimizlə bağlı dəqiq və konkret cavab almaq istəyirik. Biz başa düşürük ki, müharibə zamanı NATO-nun üzvü ola bilmərik. Amma əmin olmalıyıq ki, müharibədən sonra biz onun üzvü olacağıq və bu, bizim almaq istədiyimiz siqnaldır”, - deyə Zelenski bildirib.

O xatırladıb ki, hələlik Ukrayna NATO-nun üzvü olmasa da, ölkəsi təhlükəsizlik zəmanəti almalıdır.