Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova Türkiyə istehsalı "Togg" elektromobilləri çatdırılıb.

"Unikal" xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb.

Bildirilir ki, Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır Berdiməhəmmədova 2 ağ rəngli "Togg" avtomobili təqdim edib.

Bundan əvvəl Azərbaycan, Özbəkistan və Qazaxıstan liderlərinə təqdim edilən "Togg" Türkmənistanda yerli mərasimlə qarşılanıb.

Berdiməhəmmədov "Togg"u sınaqdan keçirib və çox bəyəndiyini bildirib.