Stokholmda saxlanılan müqəddəs Quran kitabının nüsxəsinin yandırılmasına etiraz edən bir qrup iraqlı İsveçin Bağdaddakı səfirliyinin ərazisinə hücum edib.

"Unikal" xəbər verir ki, bu barədə “Shafaq News” portalı məlumat yayıb.

Məlumata görə, İsveç diplomatik missiyasının binası yaxınlığında yüzdən çox etirazçı toplaşıb. Bir müddət əvvəl bir qrup etirazçı Bağdadın mərkəzi hissəsində yerləşən darvazasını sındıraraq İsveç səfirliyinin ərazisinə daxil ola bilib. Diplomatik missiyaya dəyə biləcək zərər barədə məlumat yoxdur.

Səfirliyin ərazisinə daxil olan şəxslər artıq oranı tərk ediblər. Etiraz piketinə qatılan digər iraqlılar da binanı tərk edirlər.