Fransanın Nanter şəhərində keçirilən “Ağ yürüş”ün iştirakçıları bəzi inzibati binaların şüşələrini sındırıblar.

"Unikal" “TASS”a istinadən xəbər verir ki, polis tərəfindən öldürülən yeniyetmənin xatirəsinə keçirilən yürüşdə nümayişçilər bir neçə avtomobili aşıraraq yandırıblar.

Hüquq-mühafizə orqanlarının etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.

“Le Parisien” qəzeti hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verir ki, ötən gecə Fransada 2400-dən çox yanğın hadisəsi qeydə alınıb. Nəticədə 609 avtomobil yandırılıb, 114 binaya ziyan dəyib. Eyni zamanda 27 polis bölməsi, 8 bələdiyyə binası və 6 məktəbə hücum edilib.