Ukrayna ordusu Luqansk vilayətində bəzi yaşayış məntəqələrini Rusiyanın işğalından azad edib.

"Unikal" Ukrayna Daxili İşlər Nazirliyinə  istinadən xəbər verir ki, 18 saatdan çox davam edən döyüşlərin nəticəsində Ukrayna ordusu yeni ərazilərdə möhkəmləmib.

Xatırladaq ki, iyunun 25-də Ukraynanın Britaniya istehsallı “Storm Shadow” raketləri ilə Luqanska zərbələr endirib.

Qeyd edək ki, Luqansk 2014-cü ildən Rusiyanın dəstəklədiyi separatçı qüvvələrin nəzarətində altındadır. Buradakı separatçı rejim Donbas müharibəsinin nəticəsində yaranıb.