“Vaqner” özəl hərbi şirkəti ilə əlaqəli yük təyyarəsi Belarusa uçub.

"Unikal" xəbər verir ki, bu barədə  “Dosye” “Telegram” kanalı məlumat yayıb. Bu cür təyyarədən zenit-raket komplekslərinin, hərbi texnikanın daşınması üçün istifadə olunur. “AN-124” təyyarəsi ümumilikdə 880 döyüşçünü daşımağa qadirdir.

RA-82030 bort nömrəli “AN-124” təyyarəsi “Flightradar24” izləyicisindən göründüyü kimi, yerli vaxtla təxminən səhər saat 9-da Moskvadan havaya qalxıb, 10.20 radələrində isə Minskə enib.Təyyarə Rusiyanın Müdafiə Nazirliyinin tabeliyində olan “224 Letnıy otryad” dövlət aviaşirkətinə məxsusdur. Həm aviaşirkət, həm də təyyarənin özü “Vaqner” personalı və avadanlıqlarının daşınmasına görə ABŞ-nin sanksiyaları altındadır. Sanksiya siyahısı 2023-cü ilin mayında dərc edilib. “Flightradar24”ün məlumatlarına əsasən RA-82030 müntəzəm olaraq Suriyaya səfər edir.

Qeyd edək ki, 25 iyun - Priqojinin qiyamından dərhal sonra RA-82030 Minskə uçub və həmin vaxt orada bir sutka qalıb.