ABŞ yenidən UNESCO-ya qayıdıb.

"Unikal" xəbər verir ki, UNESCO ölkələri Vaşinqtonun borcun mərhələli şəkildə ödənilməsi üçün təklif etdiyi şərtlərlə ABŞ-ın təşkilata qaytarılmasına dair qətnaməyə səs verib.

Ümumilikdə 142 ölkə səs verib. 132 nümayəndə heyəti təklif olunan qətnamə layihəsinin lehinə səs verib, 10 ölkə buna qarşı çıxıb, daha 15 ölkə bitərəf qalıb.