Rusiya Prezidenti  Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenkoya “Volvo” yük maşınları zavodunu hədiyyə edib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. 

Bildirilir ki, Lukaşenko artıq Kaluqa vilayətində yerləşən “Volvo” yük maşınları zavodu ilə yaxından tanış olub. Respublikanın Rusiyadakı səfiri Dmitri Krutoyun sözlərinə görə, müəssisənin Belarus avtomobil sənayesinin ehtiyaclarına verilməsinin mümkünlüyü dövlət başçısı ilə vilayətin qubernatoru Vladislav Şapşa arasında müzakirə olunub.

Xatırladaq ki, İsveçin avtomobil konserni Volvo Group 2022-ci ilin fevralında Rusiyadakı fəaliyyətini dayandıraraq, sanksiyalar və Ukraynadakı müharibə səbəbindən törəmə müəssisəsini bağlamışdı. Kaluqadakı fabrik hələ də işlək vəziyyətdədir.

Gülayə Mecid