Tətil depressiyası narahatlıq, günahkarlıq və işdən çıxmaq istəyi ilə müşayiət oluna bilər.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə rusiyalı psixoloq Daria Yauşeva sosial şəbəkə hesabında yazıb. 

Onun sözlərinə görə, normalda bu simptomlar iki həftə ərzində yox olur, əks halda həkimə müraciət etmək lazımdır.  

“Tətildən sonra işə qayıtmaq çox çətin ola bilər. Həm dənizə səfərdən sonra, həm də evdə istirahət etdikdən sonra ilk iş gününə qədər əhval-ruhiyyə pisləşə bilər. Depressiyanın simptomları - emosional narahatlıq, depressiya, kədər, ümidsizlik, narahatlıq, günahkarlıq, adi fəaliyyətlərə maraq yox ola bilər" - deyə Yauşeva izah edib. 

Psixoloq əlavə edib ki, bəzən vəziyyət o qədər mürəkkəb və ya dözülməsi çətin olur ki, insanda intihar düşüncələri ola bilər.

“Depressiya tez-tez psixosomatik simptomlarla müşayiət olunur: soyuqdəyməyə bənzər vəziyyət, ürəkbulanma, başgicəllənmə və s. Yuxu, iştah və konsentrasiya ilə bağlı problemlər nadir deyil. Bütün bunlar adətən iki həftəyə qədər davam edə bilər. Bu, dəyişən şərtlərə uyğunlaşma dövrüdür. İki həftədən sonra vəziyyət yaxşılaşmırsa, bir mütəxəssislə əlaqə saxlamağa dəyər",- deyə Yauşeva yekunlaşdırıb.