Ermənistanın Bavra kəndindən 12 km cənub-şərqdə 2,8 bal gücündə zəlzələ baş verib. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Gürcüstanla sərhəddə qeydə alınan təbiət hadisəsinin episenti yerin 10 km dərinliyində olub və 3-4 bal təşkil edib.

Zəlzələ Şirak vilayətinin Bavra, Qazançı, Tavşut kəndlərində 2-3 bal gücündə hiss olunub.

Ağarza Elçinoğlu