Türkiyənin Qaziantep şəhərindəki fabriklərdən birində yanğın baş verib. 

"Unikal" xəbər verir ki, əsasən sağlamlıq məhsullarının istehsal edildiyi fabrikdə yanğın hələ də davam edir. 

Məlumata görə, 10 işçi xəsarət alıb. Onların tüstüdən zəhərləndiyi deyilir. 

Yanğının başvermə səbəbi hələlik məlum deyil. 

Ağarza Elçinoğlu