Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Şurası İsveçdə Quranın yandırılması ilə əlaqədar təcili iclas keçirmək niyyətindədir.

“Unikal” xəbər verir ki, bu barədə “Röyters” Şuranın mətbuat katibinə istinadən məlumat yayıb. 

İclasın Pakistanın tələbi ilə keçiriləcəyi qeyd edilir.

Şuranın sözçüsü bildirib ki, həftə sonunda dini nifrətin artması ilə bağlı müzakirələr aparılacaq.

Bundan əvvəl Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi Stokholmda baş verən Quran yandırma aksiyası ilə əlaqədar İsveç səfirini çağırmışdı.

Roma Papası Fransisk Stokholmda Quranın yandırılmasından hiddətləndiyini bildirib.

Nuranə Abbasova