Rusiya Hava Hücumundan Müdafiə sistemləri Ukraynaya məxsus iki Su-25 təyyarəsini vurub. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov brifinq zamanı bildirib. 

Məlumata görə, sutka ərzində daha 14 pilotsuz uçuş aparatı vurulub.

Təyyarələrin Donetsk və Zaporojye vilayətlərində vurulduğu açıqlanıb. 

Ağarza Elçinoğlu