Yaponiya iyulun 4-də sunami nəticəsində məhv edilmiş Fukusima AES-dən təmizlənmiş radioaktiv suyu okeana axıtmaq planına görə BMT-nin nüvə nəzarəti orqanından razılıq alıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, iki illik araşdırmadan sonra Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Yaponiyanın planlarının dünya təhlükəsizlik standartlarına cavab verdiyini bildirib. Həmçinin qeyd olunub ki, suyun okeana tökülməsi insanlara və ətraf mühitə cüzi radioloji təsir göstərəcək. 

MAQATE rəhbəri Rafael Qrossi bildirib ki, o, davam edən qorxuları aradan qaldırmağa çalışacaq və suyun buraxılmasına nəzarət etmək üçün işçiləri Fukusima AES-ə göndərəcək.

Yaponiya hökuməti bu prosesin təhlükəsiz olduğunu iddia edir, çünki 500 olimpiya ölçülü hovuzu doldurmaq üçün kifayət qədər su dezinfeksiya edilib (1 olimpiya hovuzu təxminən 1,8-2,5 milyon litr su tuta bilər). 

Ağarza Elçinoğlu